Ötən il daşınmaz əmlak bazarında bahalaşma müşahidə olundu.
Ekspertlər bunu Rusiya-Ukrayna müharibəsi və tikinti materiallarının kəskin qiymət artımı ilə əlaqələndirirlər.
Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə Xəzər xəbərə açıqlamasında bildirib ki, bu il əmlak bazarında 10%-ə qədər bahalaşma ola bilər.
"Hesab edirəm ki, artım daha çox torpaq sahələrində və köhnə tikililərdə müşahidə olunacaq. Satışa təklif olunan torpaqlar get-gedə azalmaq üzrədir. Xüsusən də şəhərin mərkəzində çoxmərtəbəli binalar inşa etmək üçün demək olar ki boş torpaq sahəsi yoxdur. Son vaxtlar sahibkarlar daha çox ucuz torpaq almaq üçün Nərimanov, Nəsimi, Səbail, Xətai rayonlarına meyl edirlər. Yeni tikililərdə ötən il orta qiymət 1500-1800 manat aralığındaydısa bu il həmin qiymət 2000-2500 manatadək dəyişəcək".
Daha ətraflı videoda: