Bakıda əri tərəfindən döyülən qadının qolu sındı

Bakının Nəsimi rayonunda xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.

“Report”un məlumatına görə, ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən döyülən 1978-ci il təvəllüdlü L.Hüseynova təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol bazu sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

11.01.2023 11:20
463