Bakıda qətl törədilib.
Bu barədə Musavat.com-a Sabunçu rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, avqustun 17-də saat 15 radələrində Sabunçu rayonu ərazisində 1970-ci il təvəllüdlü Ceyran Rəhimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub:
"Araşdırma zamanı 1968-ci il təvəllüdlü Həsənbala Rəhimovun arvadı Ceyran Rəhimovaya bıçaqla xəsarət yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Həsənbala Rəhimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub" - deyə məlumatda bildirilir.
İbtidai istintaq davam edir.