Əldə olunan məlumat əsasında Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Elçin Əliyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Musavat.com-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 3 qramdan artıq marixuana aşkar olunub. Davam etdirilən tədbirlərlə onun idarə etdiyi BMV markalı avtomobilə baxış zamanı oradan əlavə 6 kiloqram 20 qram marixuana götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Musavat.com