Bakıda dustaq həbsxanada ölüb

Azərbaycanda həbsxanada 38 yaşlı dustaq vəfat edib.

Musavat.com-un "Qafqazinfo"ya istinadən məlumatına görə, hadisə bu gün Qaradağ rayonunda, Puta qəsəbəsində yerləşən 13 saylı Cəzaçəkmə Müəssisəsində baş verib.

Belə ki, 1985-ci il təvəllüdlü Pərviz Məmmədovun qəflətən halı pisləşib. İlkin müdaxilə edilsə də, dustağın həyatını xilas etmək mümkün olmayıb.

Araşdırma aparılır.

24.01.2023 20:34
816