Bakıda dünya çempionunun qətli ilə bağlı “Emin 444”ün xalası oğlu tutulub - FOTO

Bakıda dünya çempionu Zaur Yusifovu qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.

Bu barədə Musavat.com-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Samir Şirəliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Məlumata görə, S.Şirəliyev kriminal aləmdə “Emin 444” kimi tanınan Emin Səfərovun xalası oğludur.

15.03.2022 10:25
2518