Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın olub.
Musavat.com bu barədə FHN-ə istinadən xəbər verir.
Məlumata görə, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 60 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 10 m² sahədə, 1 otağında 1 ədəd yastıq və dəhlizdə 1 ədəd döşək yanıb, yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 6 m² sahədə əriyib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.