Bakıda DƏHŞƏTLİ QƏZA - "Range Rover" iri gövdəli ağacı qırdı və... (ANBAAN GÖRÜNTÜLƏR)

İyulun 19-u gecə saatlarında Bakının Abşeron rayonunun Novxanı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

Musavat.com xəbər verir ki, hələlik dövlət nömrə nişanı və sürücüsünün kimliyi bilinməyən "Range Rover" markalı avtomobil kənddə yerləşən marketlərin birinə çırpılıb. 

Hadisə şahidlərinin verdiyi məlumata görə, avtomobil o qədər sürətlə hərəkət edib ki, o, ilk olaraq marketin önündə olan ağacı dibindən çıxarıb və daha sonra marketə çırpılıb. 

Qəzadan sonra sürücünü tapmaq mümkün olmayıb. 

Şahidlər bildirir ki, o, qəzadan dərhal sonra hadisə yerindən uzaqlaşıb. 

Qəzanın görüntülərini təqdim edirik. 

@@TVmusavat/91083@@

Musavat.com

19.07.2024 11:47
1562