Bakıda dəhşətli qəza: "Prius"la "Malibu" toqquşdu - VİDEO

Bakının 8 Noyabr prospektində iki avtomobilin toqquşması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə BAKU.WS-in "Qaynar xətti"nə məlumat daxil olub.

Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza zamanı "Toyota Prius" markalı avtomobillə "Chevrolet Malibu" toqquşub.

Qəzada yaralanan şəxslərdən biri təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

 

09.02.2023 15:47
1904