Bakıda dəhşətli hadisə: yaralanan var

Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Mərdəkan qəsəbəsində minik avtomobili idarəetmədən çıxaraq qarşısındakı sərnişin avtobusuna çırpılıb. Nəticədə minik avtomobilində olan sərnişin, 2006-cı il təvəllüdlü Şükürova Nərmin Azər qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (Report)

21.01.2024 10:33
2884