Bakıda DƏHŞƏTLİ HADİSƏ: 2 nəfər öldü, biri tələbədir - Fotolar

Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com-un Manset.az-a istinadən məlumatına görə, Sabunçu rayonununda Dövlət Gömrük Akademiyasının qarşısında yolu keçmək istəyən iki şəxsi avtomobil vurub. Nəticədə həmin şəxslər dünyasını dəyişib. Hadisə yerinə Yol patrul xidmətinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Dövlət Gömrük Akademiyasının tədris şöbəsinin rəisi, gömrük mayoru Hüseynov İslam bildirib ki, dünyasını dəyişən şəxslərdən biri akademiyanın tələbəsidir, digər ölən şəxsin kimliyi hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.

23.09.2022 15:59
1707