Bakının Xəzər rayonunda qətl hadisəsi baş verib.
Hadisə Hacı İsgəndərzadə küçəsində qeydə alınıb.
Qurban Məlikov küçədə qonşuluğunda söyüş söyən şəxsə iradını bildirib. Həmin vaxt naməlum şəxs Q.Məlikova bıçaq zərbələri vurub.
Qeyd edək ki, qonşuluqda yaşayan şəxs, yəni hadisəni törədən İnşallah Hacıyev Qurban Məlikovun bibisinin nəvəsidir.
Hadisəni törədən şəxs - İnşAllah Hacıyev Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
***
Bakının Xəzər rayonunda qətl hadisəsi baş verib.
Hadisə Buzovna qəsəbəsində qeydə alınıb.
Belə ki, naməlum şəxs və ya şəxslər fərdi yaşayış evində Qurban Məlikov, onun həyat yoldaşı Könül Qurbanova və oğlu Məzahir Qurbanovu bıçaqlayıb.
Çoxlu qan itirən Q.Məlikov ölüb. Ana və oğul Sabunçu Tibb Mərkəzinə çatdırılıb.
Onların vəziyyəti ağır olaraq qiymətləndirilir.
Hazırda hadisənin səbəbləri araşdırılır./APA