Bakıda qadın əri tərəfindən şiddətə məruz qalıb.
Musavat.com oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Qadın “TikTok” platformasında video çəkərək əri tərəfindən işgəncələrə məruz qaldığını dilə gətirib. Həyat yoldaşının narkotik istifadəçi olduğunu iddia edib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır:
“Sosial şəbəkələrdə paylaşılan həmin görüntülərdən xəbərdarıq. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək”.
Həmin görüntüləri təqdim edirik: