Bakıda DƏHŞƏT: 9 yaşlı qız 9-cu mərtəbədən yıxılıb öldü

Bakıda 9 yaşlı qız faciəli şəkildə ölüb.

Musavat.com Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Cəfər Xəndan küçəsində yerləşən yaşayış binasında qeydə alınıb.

Orada yaşayan, 2015-ci il təvəllüdlü Nərmin Əliyeva 9-cu mərtəbədə yerləşən mənzilin eyvanından yerə yıxılıb.

Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib. 

Faktla bağlı araşdırma aparılır. 

11.06.2024 14:05
766