Bakıda daha bir məhkum ölümü qeydə alınıb

Bakıda məhkum ölüb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1982-ci il təvəllüdlü İntiqam Əliyevin vəziyyəti qəfil pisləşib.

O, 1 Saylı Kliniki Tibbi Mərkəzə aparılarkən yolda keçinib.

Mərhumun üzərində hər hansı zorakılıq izi aşkarlanmayıb.

Qeyd edək ki, bu, 2024-cü il ərzində Bakı həbsxanalarında 34-cü ölüm hadisəsidir.

19.10.2024 00:44
370