Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın söndürülüb.
APA-nın hadisə yerində olan müxbiri xəbər verir ki, yanğın baş verən əraziyə polis naryadı və TTY briqadası cəlb edilib, bina sakinləri təxliyə olunub.
***
Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.
APA-nın xəbərinə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
Əlavə məlumat veriləcək.