Bakıda çoxmərtəbəli binada YANĞIN - VİDEO

Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsində yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Musavat.com-a FHN-dən bildirilib.

*** 01:54

Bakının Nərimanov rayonunda çoxmərtəbəli bina yanır. 

Musavat.com xəbər verir ki, Faiq Yusifov küçəsində yerləşən 29 nomrəli bina yanır.  Yanğının 9-cu mərtəbədən başlandığı bildirilir. 

Əraziyə çox sayda yanğınsöndürən texnika cəlb edilib. Sakinlər pəncərələrdən işıq salaraq xilasedicilərdən kömək istəyirlər. 

Xilasedicilər binada köməksiz vəziyyətdə qalan sakinlərin təxliyəsini həyata keçirir.  

 

Musavat.com

09.07.2024 01:54
1166