Bakının Xətai rayonunda çoxmərtəbəli binada baş vermiş yanğın söndürülüb.
Bu barədə Musavat.com-a FHN-dən məlumat verilib.
Bildirilib ki, mənzillərdən birində baş vermiş hadisə yanğıdan mühafizə bölmələrinin səyi nəticəsində böyümədən söndürülüb.
Ətraflı məlumat veriləcək.
xxx
Bakının Xətai rayonunda çoxmərtəbəli binada yanğın olub.
Bununla bağlı bina sakinləri sosial şəbəkələrdə video paylaşıblar.
Bildirilib ki, Xətai rayonu Fəzail Bayramov küçəsində yerləşən yanaşı çoxmərtəbli binalardan birində yanğın baş verib.
Hadisə yerinə FHN-in yanğınsöndürmə briqadası cəlb olunub. Hazırda yanğının söndürülməsi üçün müvafiq tədbirlər görülür.