Bakıda çörək şirkəti fəaliyyətini dayandırır

Noyabrın 26-da “Pirallahı-Çörək” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Bu barədə "APA-Economics"ə ASC-nin İdarə Heyətindən bildirilib. Məlumata görə, gündəlikdə duran əsas məsələ səhmdar cəmiyyətinin ləğv edilməsi və ləğvetmə komissiyasının üzvlərinin və sədrinin seçilməsidir.

Qeyd edək ki, səhmdarlarının növbədənkənar ümumi yığıncağı Bakı şəhəri, 8 Noyabr prospekti 23 (keçmiş Nobel prospekti) nömrəli ünvanda “AMAY” ticarət mərkəzində keçiriləcək.

21.10.2022 10:35
1491