Bakıda çimərlikdən 9 min manatlıq oğurluq edildi

Bakıda çimərlikdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Bilgəh qəsəbəsində yerləşən çimərlikdə müxtəlif vaxtlarda 6 nəfərin 9000 manat dəyərində 7 ədəd mobil telefonunun və içərisində ümumilikdə 750 manat pul olan çantalarının oğurlanması barədə polisə məlumatlar daxil olub.

Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 32 yaşlı Niyaməddin Qurbanov müəyyən olunaraq saxlanılıb.

31.07.2024 13:12
817