Bakıda cəzaçəkmə müəssisəsi çökdü, dustaqlar uçqunun altında qaldı

Bu gün saat 13:10-da 12 saylı cəzaçəkmə müəssisənin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçub, nəticədə bir nəfər məhkum xəsarət alıb.

Bu barədə Musavat.com-a Ədliyyə Nazirliyindən "məlumat verilib.

Qeyd olunub ki, müəssisədə cəza çəkən digər məhkumlar və müəssisənin işçi heyəti arasında xəsarət alan olmayıb.

01.06.2025 22:21
2926