Bakıda bu tarixdən hava yenidən pisləşəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında hava şəraiti kəskin dəyişəcək.

Musavat.com-un məlumata görə, iyun ayının 15-i və 16-sı paytaxtda və yarımadada güclü külək əsəcək.

İyunun 15-i gündüz havanın temperaturu 28, ertəsi gün isə 29 dərəcə təşkil edəcək.

Güclü küləyin iyunun 17-dən kəsiləcəyi gözlənilir.

Həmin gündən etibarən havanın temperaturunun yenidən 30 dərəcənin üzərinə qalxacağı proqnozlaşdırılır.

11.06.2023 19:39
4110