Bakıda bu səfərbərlik idarəsinə yeni rəis təyin edildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon idarəsinə yeni rəis təyin olunub.

Musavat.com Unikal.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov əmr imzalayıb.

Əmrə əsasən, Səbuhi Qarayev SHXÇDX-nin Suraxanı rayon idarəsinin rəisi vəzifəsinə təyinat alıb.

23.08.2024 15:00
1273