Bakıda mənzil bazarında son vəziyyət açıqlanıb.
İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) Trend-ə verilən məlumata görə, mənzil bazarında qiymət artımları müşahidə olunub.
Oktyabr ayında bağ evlərinə tələb azalsa da, fərdi həyət evlərinə tələbin artması müşahidə olunub. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.3 faiz qiymət artımı qeydə alınıb.
Yaşayış binalarında və qeyri-yaşayış sahələrinə tələb yenə də stabildir. Yaşayış binalarında olan mənzillərdə 0.9 faiz aylıq qiymət artımları müşahidə olunub. Qeyri-yaşayış sahələrində 1.4 faiz aylıq qiymət artımı qeydə alınıb. Kirayə bazarında qiymətlər dəyişməyib.