Bakı şəhərində mənzil fantastik qiymətə - 3 milyon 500 min manata satışa çıxarılıb.
Mülk paytaxtın Nəsimi rayonunda, Vidadi küçəsində yerləşir. "Tarqovu" adlanan ərazidə yerləşən arxitektur binadakı mənzilin sahəsi nə az, nə çox, 400 kvadratmetrdir və 8 otaqdan ibarətdir.
Belə ki, "Tarqovu" adlanan ərazidə yerləşən mənzil iki evdən ibarətdir və mənzillərin girişi bir blokdandır. Elanda qeyd edilir ki, birinci mərtəbə 3 yataq otağı, 1 zal, 3 sanuzel, qarderob, geniş dəhliz və mətbəxdən ibarətdir. İkinci mərtəbədə isə 3 otaq, zal və ikinci mətbəx var. (Yeni Sabah)