Bakı şəhərinin Sabunçu rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Musavat.com-a verilən məlumata görə, rayonda ümumi sahəsi 90 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağında ev əşyaları 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.