Bakıda bir həbsxanada 7 MƏHKUM ÖLDÜ

Bakıda həbsxanada daha 7 məhkum ölüb.

Lent.az-ın məlumatına görə, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb.

Müxtəlif cinayətlər törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunmuşlar – Vüqar Babayev, Elnur Qəribov, Amaxan Nəcərov, Elçin İsmayılov, Etibar Əliyev, Rauf Namazov və Xəzər Əsədullayev dünyasını dəyişiblər.

Onların xəstəlikdən öldükləri bildirilir.

07.06.2022 18:35
1235