Bakıda binada yanğın oldu

Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində binada yanğın olub.

Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə sözügedən ünvanda binanın zirzəmisində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

14.08.2024 14:34
330