Bakıda binada baş verən partlayışda xəsarət alanların adı məlum olub.
APA xəbər verir ki, hadisə nəticəsində Nuruyeva Gülnarə və onun 13 yaşlı oğlu - Ağayev Kamil xəsarət alıb.
Onların müalicəsi Sabunçu Tibb Mərkəzində aparılır.
***
Bakının Sabunçu rayonunda binada partlayış olub.
APA xəbər verir ki, hadisə Anaşkin küçəsində qeydə alınıb.
Partlayış zamanı 2 nəfər ağır xəsarət alaraq xəstaxanaya yerləşdirilib.
Bir nəfərin isə hadisə yerində öldüyü bildirilir.