Bakıda "beh" adı ilə dələduzluq edən şəxs saxlanıldı

Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində elan saytlarında saxta məlumatlar yerləşdirərək çoxsaylı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitlərini "beh" adı ilə dələduzluq yolu ilə ələ keçirdiyinə görə saxlanılan Elman Həsənovun digər analoji əməllərinin də üstü açılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Araşdırmalarla onun müxtəlif vaxtlarda daha üç nəfərin eyni üsulla 2075, 400 və 3250 manat olmaqla ümumilikdə 5725 manat pullarını dələduzluq yolu ilə hesabına ödətdirməsi də müəyyən olunub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

E.Həsənovun qanunsuz əməllərindən zərər çəkən başqa şəxslər varsa, bu barədə polisə müraciət edə bilərlər.

05.06.2024 15:53
688