Bakıda BƏDBƏXT HADİSƏ: Hamilə qadını maşın vurdu

Bakının Xətai rayonunda ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə 8 Noyabr prospektində qeydə alınıb.

1991-ci il təvəllüdlü Güllü Mehdiyeva yolu keçərkən onu “Toyota Prius” markalı maşın vurub. Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Əməliyyat zamanı qadının bətnindəki uşağın öldüyü aşkarlanıb.

G.Mehdiyevanın vəziyyəti ağırdır.

06.08.2023 01:40
950