Bakının Sabunçu rayonunda bədbəxt hadisə zamanı bir nəfər xəsarət alıb.
Musavat.com APA-ya istinadla xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.
Belə ki, 2004-cü il təvəllüdlü Qəhrəmanov Ramal Şükür oğlu binanın 8-ci mərtəbəsindən yıxılaraq yerdə olan dəmir su borusunun üzərinə düşüb.
O, qapalı kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrində sınıq xəsarətləri alıb.
Yaralı koma vəziyyətində xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.