Bakıda baş verən dəhşətli qəzanın ANBAAN VİDEOSU

Xəbər verildiyi kimi, bu gün saat 14 radələrində paytaxtın Sabunçu rayonu, Böyükşor qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Musavat.com-a verilən xəbərə görə, "Mercedes" markalı yük avtomobili yolun əks istiqamətində hərəkətdə olan "Volkswagen" markalı minik avtomobili ilə toqquşub. Nəticədə 3 nəfər həyatını itirib, 1 nəfər isə xəsarət alıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qəzanın anbaan görüntülərini təqdim edirik:

Musavat.com

07.06.2025 15:54
1983