Bakıda bank mühafizəçisi iş vaxtı hücuma məruz qalaraq döyülüb

Bakının Nərimanov rayonunda dava zamanı mühafizəçi döyülüb.

APA xəbər verir ki, hadisə Təbriz küçəsi 94 ünvanında qeydə alınıb.

Belə ki, “Unibank”ının əməkdaşı 1994-cü il təvəllüdlü Bağırov Lətif İsmayıl oğlu işdə olan zaman qəfil naməlum şəxslərin hücumuna məruz qalıb.

O döyülərək ağır bədən xəsarətləri alıb.

Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

09.03.2023 08:00
1670