Bakıda balçılar arasında dava düşüb.
Bu barədə görüntülər BAKU.WS-in "Qaynar xətt"inə daxil olub.
Hadisə şahidlərinin sözlərinə görə, dava Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında təşkil olunan bal yarmarkasında yer üstündə baş verib. İddiaya görə, balçılardan biri digərinin bron etdiyi yeri pulla alıb.
Qeyd edək ki, paytxatda bal yarmarkası 1 oktyabr tarixindən etibarən Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) fəaliyyətə başlayıb. Yarmarka oktyabrın 20-dək davam edəcək.