Bakı şəhərində maşın yanıb.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, Nizami rayonu, metronun “Neftçilər” stansiyasının yaxınlığında “Range Rover” markalı avtomobil yanıb.
Əraziyə FHN-in qüvvələri cəlb olunublar və avtomobil söndürülüb.