Bakıda sürücülərin bahalı avtomobillərini yarışdırmasına dair görüntülər polis tərəfindən araşdırılır.
Musavat.com bildirir ki, bu açıqlamanı Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis kapitanı Toğrul Nəsirli verib:
"Sosial şəbəkədə yayılmış videogörüntü ilə əlaqədar hazırda Sabunçu rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsində araşdırma aparılır".