Bakıda Azərbaycan-Türkiyə-Qazaxıstan nazirləri üçtərəfli iclas keçirəcək

İyunun 27-də Bakıda Türkiyə-Azərbaycan-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş üç ölkəni maraqlandıran məsələlərdə mövcud koordinasiyanı və qarşılıqlı fayda əsasında regional əlaqəni gücləndirmək məqsədi daşıyır.

Görüş çərçivəsində üçtərəfli və regional əməkdaşlığın müzakirəsi də nəzərdə tutulur.

Musavat.com

26.06.2022 11:54
389