Bakıda avtomobillə vurulan 62 yaşlı qadının ayaqları sınıb

Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 1960-cı il təvəllüdlü Qafarova Ülkər Kərəm qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki topuğun yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

17.04.2022 15:02
355