Bakıda avtomobil sahibləri yeni təhlükəli ilə üzləşiblər.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Belə ki, avtomobilini park edən sürücülərdən biri qayıdanda dövlət qeydiyyat nişanlı nömrəsinin oğurlanmasının şahidi olub. Nömrəni oğurlayan şəxs avtomobilin şüşəsinə kağızda mobil nömrələr qoyub. Bu nömrəyə zəng edən şəxsə isə 600 manat müqabilində avtomobil nömrəsinin geri qaytarılacağı deyilib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) müraciət etdik. Nazirliyin mətbuat xidmətinin inspektoru, polis kapitanı Nurlan Əliyev BAKU.WS-ə bildirib ki, araşdırma aparılır: "Nəticəsi barədə əlavə məlumat veriləcək".