Bakıda avtomobil qadını vuraraq öldürüb.
Musavat.com-un "Report"a istinadla məlumatına görə, hadisə avqustun 3-ü, saat 21:30 radələrində "Olimpiya" stadionunun yaxınlığında qeydə alınıb.
Belə ki, paytaxt sakini Rzayev Rafis Ramiz oğlu idarə etdiyi "Ford Transit" yük avtomobil ilə hərəkətdə olarkən yolu keçən 30-35 yaşlarında şəxsiyyəti istintaqa məlum olmayan piyada qadını vurub. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.