Bakıda avtomobil piyadanı vurub

Bakının Sabunçu rayonunda 22 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report" xəbər verir ki, 2002-ci il təvəllüdlü İsayev Səməndər Şahin oğlu yolu keçərkən onu avtomobil vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

17.08.2024 04:20
407