Bakıda avtomobil piyadanı vurub

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com APA-ya istinadən xəbər verir ki, qəza metronun “Gənclik” stansiyasının yaxınlığında qeydə alınıb.

Minik avtomobili yolu keçməkdə olan piyada Əziz Quliyevi vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Hazırda vəziyyəti ağır qiymətləndirilir.

12.05.2024 10:40
599