Bakıda avtomobil motosikletçini vuraraq ağır xəsarət yetirib

Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, 1977-ci il təvəllüdlü Məlikov Fərid Nazim oğlunun idarə etdiyi motosiklet avtomobillə toqquşub.

Qəza zamanı xəsarət alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, çənə və burun sümüklərinin sınığı diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

28.07.2023 08:18
347