Bakıda avtomobil küçənin ortasında yandı - ANBAAN VİDEO

Bakı şəhərinin Xətai rayonunda “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi, idarəetmə lövhəsi, ön təkərləri və şüşəsi yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddətdə söndürülərək avtomobilin digər hissələrinə keçməsinə imkan verilməyib.

22.01.2023 13:53
498