Bakıda avtomobil bir yaşlı körpəni vurub

Bakının Nəsimi rayonunda bir yaşlı körpənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, uşaq arabasında anası ilə birgə yolu keçən 2022-ci il təvəllüdlü Faiq Fərid oğlu Nəhmətovu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

04.10.2023 10:12
690