Bakıda avtomobil 17 yaşlı gənci vuraraq ağır xəsarət yetirib

Bakının Xətai rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, 8 Noyabr prospektində avtomobil yolu keçən 2006-cı il təvəllüdlü Kərimov Nicat Elman oğlunu vurub.

Yaralı ağır vəziyyətdə təcili tibbi yardımın 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona müştərək travma, soltərəfli bazu və baldır sümüklərinin yerdəyişən açıq sınıqları diaqnozları qoyulub. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

20.01.2023 03:42
318