Bakıda avtobus qəzaya düşdü - Xəsarət alanlar var

Bakıda marşrut avtobusu qəzaya uğrayıb.

Musavat.com-un Qafqazinfo-ya istinadən xəbərinə görə, hadisə Sabunçu rayonu ərazisində - Böyükşor nəqliyyat qovşağı istiqamətində baş verib.

Belə ki, 145 saylı marşrut xətti üzrə hərəkət edən "İsuzu Ecobus" markalı avtobusun qəzaya uğraması nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.

xxx.jpg (84 KB)

20.10.2022 20:16
1498