Bakıda avtobus qəzası baş verib

Bakının Maştağa qəsəbəsində Zabrat hava limanı yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com APA-ya istinadən xəbər verir ki, qəzada “Ayşən LTD” MMC-nin istismarında olan 172 nömrəli marşrutda işləyən 90-JF-715 avtobus da iştirak edib.

Daşıyıcının verdiyi məlumata görə qəza minik avtomobilinin qəflətən geri dönmə manevri etməsi nəticəsində baş verib.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, hadisə nəticəsində avtobusdakı sərnişinlərdən xəsarət alan olmayıb.

07.12.2022 21:00
503