Bakıda avtobus piyadanı vuraraq öldürüb

Bakının Xəzər rayonunda yol qəzası baş verib ölən var.

APA xəbər verir ki, hadisə aeroport şossesində qeydə alınıb. Sərnişin avtobosu şosedən keçən 1976-ci il təvəllüdlü Ehtiram Hüseynovu vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

04.07.2022 01:36
613